Bakı. Trend:
Ötən ay Azərbaycana səfər edən xarici vətəndaşların vəvətəndaşlığı olmayan şəxslərin sayı 172 min 653 nəfər olub.
Trend bu barədəDövlət Turizm Agentliyindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin yanvar ayı ilə müqayisədə4% və ya 6 min 785 nəfər çox, son beş ilin göstəriciləri iləmüqayisədə isə 136 min 538 nəfər, yaxud da 4,8 dəfə çox olub. Beləki, Azərbaycana səfər edən xarici vətəndaşların və vətəndaşlığıolmayan şəxslərin sayı 2024-cü ilin yanvarında 165 min 868 nəfər,2021-ci ilin yanvarında isə 36 min 115 nəfər olub.
Bununla yanaşı, 2022-ci ilin eyni dövründə turist axını illikmüqayisədə 37 min 942 nəfər (2 dəfə), 2023-cü ilin eyni dövründəisə turist axını illik müqayisədə 45 min 37 nəfər (60,8%) artıb.2022-ci ilin yanvarında Azərbaycana səfər edən xarici vətəndaşlarınvə vətəndaşlığı olmayan şəxslərin sayı 74 min 57 nəfər, 2023-ciilin yanvarında isə 119 min 94 nəfər olub.
Cari ilin yanvarında qeydə alınan göstəriciləri pandemiyadansonra rekord həddə çatıb. Belə ki, 2020-ci ilin fevralında qeydəalınan ilk hal ilə COVID-19 koronavirus pandemiyasının Azərbaycanayayıldığı təsdiqlənib. Bir ay sonra – martın 31-də Azərbaycandaümummilli karantin elan edilib.
COVID-19 koronavirus pandemiyasından əvvəl – 2020-ci ilinyanvarında Azərbaycana səfər edən xarici vətəndaşların vəvətəndaşlığı olmayan şəxslərin sayı 226 min 164 nəfər olub ki, buda, bu ilin yanvar ayından 53 min 511 nəfər və ya 31% çoxdur.