Göyərtəsində 10 nəfər olan təyyarə Alyaska ştatı üzərində radarlardan itib.
Söz.az "Anchorage Daily News"-ə istinadən xəbər verir ki, "Bering Air" şirkətinə məxsus təyyarə Unalaklitdən Noma-ya səfər etmək üçün havaya qalxıb.
Təyyarədə doqquz sərnişin və bir pilot olub.
Hadisənin səbəbləri müəyyənləşdirilir.
Axtarış əməliyyatlarına əlverişsiz hava şəraiti və görmə məsafəsinin azalması mane olur.