Yaponiya hökuməti Rusiya ilə sülh müqaviləsi bağlamaq siyasətinə sadiqdir...
Poliqon xəbər verir ki, bunu Yaponiyanın baş naziri Şiqeru İşiba "Şimal ərazilərinin qaytarılması üçün milli mitinq"də nümayiş etdirilən videomüraciətində deyib.
O, II Dünya müharibəsinin bitməsindən 80 il keçməsinə baxmayaraq, ölkələr arasında ərazi məsələsinin həll edilməməsini və sazişin bağlanmamasını təəssüf hissi adlandırıb.
"Hökumət dörd şimal adasına sahiblik məsələsini həll etmək və sülh müqaviləsi bağlamaq öhdəliyinə sadiqdir", deyən İşiba Rusiyanın Ukraynadakı hərbi əməliyyatı səbəbindən Yaponiya və Rusiya arasında münasibətlərin çətin olaraq qaldığını qeyd edib.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Andrey Rudenko bəyan etmişdi ki, Ukrayna münaqişəsi başlayandan sonra Yaponiya Rusiya-Yaponiya münasibətlərini ardıcıl olaraq pozmaq yoluna qədəm qoyub.
Onun sözlərinə görə, belə bir şəraitdə Rusiya tərəfi mehriban qonşuluq münasibətlərinin əsasına çevriləcək sənədin bağlanması üzrə danışıqların bərpası imkanını görmür.
Poliqon.info