AZ

Hacıqabulda yanan vaqonda Rusiyadan göndərilən kömür var imiş - FOTO 

Yazını böyüt
Yazını kiçilt

Ötən gün Hacıqabul stansiyasında Rusiyadan göndərilən ağac kömürü yüklənmiş 1 vaqonda tüstülənmə ilə müşahidə olunan yanğın baş verib.

Hafta.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Bildirilib ki, yanğının qarşısının alınması üçün vaqon hərəkət tərkibindən ayrılıb, yanmış kömürlər vaqondan boşaldılıb, soyutma işləri aparılıb. Yanğın söndürülüb.

İlkin versiyaya görə, hadisə vaqondakı kömürlər bir-birinə sürtündükcə yaranan qızışmaya görə baş verib.

“Vaqon Yalama stansiyasında yükdaşıma qaydalarına uyğun olaraq həm gömrük, həm də yükgöndərən tərəfindən plomblanmış şəkildə qəbul edilib. Qaydalara əsasən, vaqon bu şəkildə təyinat nöqtəsində çatdırılmalıdır.

Yüklərin vaqona yükgöndərən tərəfindən yükləndiyini, vaqonun plomblu olduğunu və bu formada təhvil verilməli olduğunu nəzərə alsaq, hadisədə məhz yükgöndərən məsuliyyət daşıyır.

Yanğın nəticəsində Azərbaycan Dəmir Yollarına zərər dəyməyib.

Yanğınsöndürmə işlərinə cəlb olunan ADY-nin bir əməkdaşı halı pisləşdiyi üçün həkimə aparılıb, lakin səhhətində heç bir problem olmadığı üçün evə buraxılıb”, - məlumatda qeyd olunub

Seçilən
118
35
hafta.az

10Mənbələr