AZ

Ölkədə aliment fondunun yaradılması mümkündürmü?-Özəl

Azərbaycanda aliment fondunun yaradılacağı barədə məlumat yayılıb. Bildirilir ki, bu məqsədlə orqanlararası işçi qrup da yaradılıb. "Olaylar"ın məlumatına görə, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirib ki, adətən belə fondler öz-özünü maliyyələşdirir: "Açığı mən belə bir fondun davamlı fəaliyyətinə inanmıram. Belə fondlar özü-özünü maliyyələşdirir. Bəs vəsait hansı mənbələrdən toplanır? Adətən ilkin kapital olur, daha sonra isə alimentdən yayınaların əvəzinə həmin fond ödənişlər edir və yayınan şəxsdən onu reqraes qaydasında alıb fonda qaytarır. Belə götürək ki, dövlət bu fondu yaratdı və ora deyək 20 milyon başlanğıc vəsait də köçürdü. Sonra nə baş verəcək? Alimenti ala bilməyən minlərlə ailə var. Həmin vəsit dərhal xərclənəcək və fond o pulları borclulardan alıb qaytara bilməyəcək. Əgər qaytarmaq mümkündürsə o zaman icra məmurları elə onu alıb ailəyə verərdi. Alıb ailəyə verə bilmirlərsə, fonda necə alıb verəcək? Alimentdən yayınanların çoxu ya ölkədə yoxdur, ya da işləmirlər və ya rəsmən işləmirlər. Fond isə həm də topladığı pullardan öz aparatının (idarə xərcləri, əmək haqqları, xidməti avtomobillərin xərcləri, xarici ölkə təcrübəsini öyrənmək üçün xərclər və s.) xərclərini ödəməlidir. Belə fondlar o ölkələrdə fəaliyyət göstərə bilir ki, onlar reqres qaydada borclulardan pulları ala bilir, həmin pulların bir hissəsini investisiya edərək əlavə pul qazanır. Həmçinin bu fondların vəsaitinin bir hissəsi də ianələrdən formalaşır. Əgər o pulu dövlət büdcəsinin vəsaiti hesabına ödəyəcəklərsə bu halda fond yaratmağa və artıq xərclərə nə ehtiyac var? Elə mövcud dövlət orqanlarından aidiyyatı biri bu funksiyanı yerinə yetirsin də".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
olaylar.az

1Mənbələr