AZ

Deputat gənclərdən ibarət könüllü komandası yaradır-Özəl

Milli Məclisin deputatı Ceyhun Məmmədov gənclərdən ibarət könüllü komandası yaratmağı planlaşdırır. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Yenidən 10 nəfərdən ibarət könüllü komandası yaratmağı planlaşdırırıq. Komandanın əsas işi vətəndaşlarla işin qurulması, sosial layihələrin təşkilində iştirak, sosial şəbəkələrdə maarifləndirmə və təbliğat işinin aparılması, yazıların və çəkilişlərin hazırlanması, vətəndaş qəbulunun və tədbirlərin  təşkilinə dəstək olmaqdır. 

Komandamıza qoşulmaqla siz gələcək fəaliyyətiniz üçün iş təcrübəsi qazanmaq, fərdi bilik və bacarıqlarınızı artırmaq və yeni əlaqələr qurmaq imkanı əldə edəcəksiniz. Maraqlananlar cv-lərini [email protected] mail ünvanına göndərə bilərlər. Müraciətlər yalnız mail yolu ilə qəbul ediləcək. Müraciətlərə bir neçə mərhələdə baxılacaq. Əvvəlcə cv-lər diqqətlə araşdırılacaq, seçilənlərlə fərdi qaydada görüşüləcək. Sonrakı mərhələdə seçilən namizədlərlə qısa görüşlər təşkil olunaraq gələcək fəaliyyət istiqamətləri barədə ümumi məlumat veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
olaylar.az

1Mənbələr