AZ

Türkiyədə cümhuriyyət tarixinin ƏN GÜCLÜ ZƏLZƏLƏLƏRİ

Yazını böyüt
Yazını kiçilt

Türkiyə Cümhuriyyəti tarixində baş verən ən güclü zəlzələlər böyük tələfat və dağıntılara səbəb olub.

Hafta.az-ın yazdığına görə, tarixin ən güclü zəlzələləri və onların fəsadları aşağıdakəlardır:

1. Kahramanmaraş zəlzələsi 6 fevral 2023-cü ildə 7,7 bal gücündə olub. Fəlakət nəticəsində 53537 nəfər həlak olub.

2. Ərzincan zəlzələsi 26-27 dekabr 1939-cu ildə 7,9 bal gücündə baş verib. Nəticədə 32962 insan həlak olub.

3. Mərmərə zəlzələsi 17 avqust 1999-cu ildə 7,4 bal gücündə olub, hadisə nəticəsində 17840 nəfər dünyasını dəyişib.

4. Muradiyə, Van zəlzələləri 24 noyabr 1976-cı ildə 7,5 bal gücündə olub, nəticədə 864 nəfər həlak olub.

5. Diyarbəkir zəlzələsi 6 sentyabr 1975-ci ildə 6,6 bal gücündə olub, nəticədə 2385 nəfər dünyasını dəyişib.

6. Ərzurum zəlzələsi 30 oktyabr 1983-cü ildə 6,8 bal gücündə baş verib, hadisə nəticəsində 1151 insan həlak olub.

7. Bingöl zəlzələsi 23 may 1971-ci ildə 6,8 bal gücündə baş verib, hadisə nəticəsində 878 nəfər dünyasını dəyişib.

8. Düzcə zəlzələsi 12 noyabr 1999-cu ildə 7,2 bal gücündə baş verib, hadisə zamanı 864 nəfər həlak olub.

Seçilən
26
hafta.az

1Mənbələr