AZ

"Ümid edirəm ki, Musayev “Krasnodar”ı bu mövsüm çempion edəcək"

“Krasnodar”ın sabiq baş məşqçisi Aleksandr Storojuk Murad Musayevə Rusiya Premyer Liqasında çempionluq titulunu qazanmasını arzulayıb.

90deqiqe.Az xəbər verir ki, "Metaratings.ru" çalışdırıcının dediklərini belə çatdırıb.

“Mən bunu ürəkdən arzulayıram. Keçən mövsüm onlara yaxın idilər və bu mövsüm çempionluğa çox yaxın olacaqlar.Ümid edirəm ki, bu baş verəcək" 

Xatırladaq ki, Krasnodar klubu Rusiya Premyer Liqasında qış fasiləsinə birinci yerdə yollanıb. Musayevin komandası 39 xal toplayıb və əlavə göstəricilərə görə ikinci yerdə qərarlaşan Sankt-Peterburq “Zenit”ini qabaqlayır. Qış fasiləsindən sonra RPL-in ilk oyununda “öküzlər” doğma stadionda Samara “Krılya Sovetov”u ilə qarşılaşacaq.

Seçilən
7
90deqiqe.az

1Mənbələr