AZ

Antoni Ruo 13 milyon avroya “Renn”də

Fransanın “Renn” klubu heyətini 5 yeni futbolçu – Antoni Ruo, Musa Tamari, Ayanda Sişuba, Kazim Olaiqbe və İsmael Kone ilə gücləndirib.

Arena.az bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.

Antoni Ruo Almaniyanın “Ştutqart” klubundan 13 milyon avroya alınıb. 23 yaşlı fransalı mərkəz müdafiəçisi ilə müddəti 2029-cu ilin 30 iyununadək nəzərdə tutulmuş müqavilə imzalanıb. “Tuluza”nın yetirməsi olan Ruo 2023-cü ildən “Ştutqart”da çıxış edirdi.

Musa Tamari Fransanın digər klubu “Monpelye”dən 8 milyon avro müqabilində “Renn”ə keçib. 27 yaşlı iordaniyalı sağ vingerlə müqavilə 2028-ci ilin 30 iyununadək nəzərdə tutulub. İordaniyanın “Şabab Əl-Ordon” klubunun yetirməsi olan futbolçu “Əl-Cəzirə”, APOEL, “Leuven” kimi komandalarda forma geyinib. 2023-cü ildən “Monpelye”də çıxış edən vinger 2016-cı ildən İordaniya yığmasında forma geyinir.

Kazim Olaiqbe Belçikanın “Serkl Brügge” klubundan 5,25 milyon avroya alınıb. 22 yaşlı belçikalı sol vinger yeni klubu ilə 2029-cu ilin yayına kimi anlaşıb. “Anderlext” və “Sauthempton” klublarının yetirməsi olan Olaiqbe “Ross Kaunti” və “Harrogeyt Taun”da da oynayıb. 2023-cü ildən “Serkl Brügge”də çıxış edən gənc vinger Belçikanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynayıb.

Ayanda Sişuba İtaliyanın “Verona” klubundan 500 min avro müqabilində “Renn”ə transfer olunub. 20 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçi yeni klubu ilə 2029-cu ilin 30 iyununadək anlaşıb. Peşəkar karyerasına “Lans”da başlamış gənc futbolçu bu mövsümün əvvəlindən “Verona”da çıxış edirdi. O, Belçikanın aşağı yaş qruplar üzrə bəzi yığmalarında da forma geyinib.

“Renn” İsmael Koneni də Marsel “Olimpik”indən bu mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürüb. Futbolçunun yarım mövsümlük icarəsi üçün “Olimpik”ə 1 milyon avro ödənilib. Peşəkar karyerasına “Monreal”da başlamış kanadalı yarımmüdafiəçi “Uotford”da da çıxış edib. 2024-cü ildən Marsel “Olimpik”ində forma geyinən Kone 2022-ci ildən Kanada yığmasında oynayır.

Seçilən
68
arena.az

1Mənbələr