AZ

“İnter” 6 ildən sonra böyük hesabla uduzdu

“İnter” 6 ildən sonra ilk dəfə İtaliya A Seriyasında böyükhesablı məğlubiyyət alıb.

Msport.az xəbər verir ki, bu, XIV turdan təxirə salınan oyunda “Fiorentina” önündə baş verib.

Son çempion səfərdə 3 cavabsız qolla məğlub olub. “Neradzurra” sonuncu dəfə 2019-cu ildə bu halla üzləşmişdi. Komanda həmin vaxt mayın 19-da XXXVII turda “Napoli” ilə qarşılaşmada 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, dekabrın 1-də keçirilən “Fiorentina” – “İnter” oyunu meydan sahiblərinin futbolçusu Edoardo Bovenin huşunu itirməsi səbəbindən yarımçıq dayandırılıb.

Seçilən
6
msport.az

1Mənbələr