AZ

COVID-19 Alzheimer riskini artıra bilər? - ARAŞDIRMA

Alimlər aşkar ediblər ki, Alzheimer xəstəliyi ilə əlaqəli bioloji markerlər COVID-19 olan insanlarda daha yüksək səviyyədə ola bilər.    Manset.az xarici mediaya istinadən xəbər verir ki, yeni araşdırmaya görə, SARS-CoV-2 virusuna yoluxmuş insanlarda beyin zülallarında dəyişikliklər dörd il qocalmağa bərabər təsir göstərə bilər. Ağır COVID-19 keçirənlər daha çox risk altındadır Araşdırmaya görə, bu dəyişikliklərin daha çox ağır xəstəliyi olan və xəstəxanaya yerləşdirilən xəstələrdə özünü göstərdiyi müəyyən edilib. Xüsusilə yüksək qan təzyiqi kimi risk faktorları olan fərdlərdə təsirlərin daha qabarıq olduğu ifadə edildi. Alimlər hesab edirlər ki, COVID-19 beta-amiloid zülallarının yığılmasını sürətləndirərək beyin hüceyrələrində iltihaba səbəb ola bilər. London İmperial Kollecinin nevroloqu Eugene Duff qeyd edib ki, COVID-19 neyrodegenerativ xəstəlikləri tetikleyen dəyişikliklərə səbəb ola bilər: “Lakin bunun necə baş verdiyini və uzunmüddətli perspektivdə hansı təsirləri göstərəcəyini hələ dəqiq bilmirik”.  Tədqiqatçılar bildirirlər ki, COVID-19-un bu vəziyyətə necə təsir edəcəyini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.

 

Seçilən
37
1
manset.az

2Mənbələr