Bakı. Trend:
Səmərəli fəaliyyət nəticəsində 2025-ci ilin yanvar ayında HərbiProkurorluqda qeydə alınmış cinayətlər 100 faiz açılmışdır.
Bunu Trend-əhərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuatxidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.
Onun sözlərinə görə, Hərbi Prokurorluq orqanları ilə MüdafiəNazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbiqurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin,həmçinin, birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüşqabaqlayıcı tədbirlərin nəticəsində 2025-ci ilin yanvar ayındaAzərbaycan Respublikası Silahlı Qüvvələrində Əmri icra etməmə(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328-ci maddəsi),Fərarilik (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334-cümaddəsi), Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədənəşyalarla davranış qaydalarını pozma (Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 350-ci maddəsi), Maşınları idarəetmə vəistismar qaydalarını pozma (Azərbaycan Respublikası CinayətMəcəlləsinin 351-ci maddəsi), Qəsdən sağlamlığa ağır zərər vurma(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsi) vəQəsdən adam öldürmə (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin120-ci maddəsi) cinayətləri qeydə alınıb.
"Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, DövlətSərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasındayaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin, birgəsəmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərinnəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 2024-cüilin eyni ayı ilə müqayisədə, 2025-ci ilin yanvar ayında qeydəalınmış Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifəsəlahiyyətlərini aşma cinayətləri (Azərbaycan Respublikası CinayətMəcəlləsinin 341-ci maddəsi) 77,8% və Rüşvət alma və rüşvət verməcinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci və312-ci maddələri) 31,6% azalmışdır, - F.Əliyev bildirib.