Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
"Sevastopol, Voronej və Rostov-na-Don şəhərlərində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə və yanacaq-energetika obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş 4 qadın casusun fəaliyyətinin qarşısı alınıb", - məlumatda deyilib.
Qeyd olunur ki, saxlanılan şəxslər Ukraynada atıcı silahlar, mina və partlayıcı maddələrlə işləmə, PUA-ya nəzarət edilməsi üsulları üzrə təlimlər keçiblər. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31