Qrenlandiyanın hakim Siumut (İrəli) Partiyası adanın müstəqilliyi məsələsini referenduma çıxarmaq niyyətindədir...
Poliqon xəbər verir ki, partiya lideri Erik Jensen martın 11-də keçiriləcək parlament seçkilərindən sonra səsvermənin prioritet olacağını bildirib...
"Təbii ki, bu, Qrenlandiya xalqı ilə sıx əməkdaşlıqda olacaq. Və bu çox vacibdir. Nəyə səs verəcəyimizə şübhə yoxdur", deyə siyasətçi bildirib.
Jensenin sözlərinə görə, partiya Qrenlandiya və Danimarka hökumətləri arasında adanın mümkün müstəqilliyinə dair danışıqları nəzərdə tutan Ev Qaydası Aktının 21-ci maddəsini aktivləşdirməyi planlaşdırır.
Qrenlandiyanın müstəqilliyi ilə bağlı müzakirələr ABŞ prezidenti Donald Trampın adanı almaq niyyətini açıqlamasından sonra qızışıb. O, ilk dəfə 2019-cu ildə bu ideyanı irəli sürüb, lakin Danimarka səlahiyyətliləri məsələni müzakirə etməkdən imtina ediblər. 2024-cü ilin dekabrında Tramp məsələni yenidən gündəmə gətirərək Qrenlandiyaya nəzarətin bütün dünyada azadlıq üçün vacib olduğunu b ildirib. Buna cavab olaraq Danimarka səlahiyyətliləri adanın satılmadığını təsdiqləyiblər.
Poliqon.info