AZ

"Real Madrid" "Arsenal"ın müdafiəçisini transfer etmək istəyir

İspaniya La Liqa təmsilçisi "Real Madrid" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir.

 "Real Madrid" yayda prioritet transfer olaraq "Arsenal"ın müdafiəçisi Uilyam Salibanı nəzərdən keçirir.

"Operativ Media" xəbər verir ki, bu haqda "RMC Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu transfer baş tutsa, 23 yaşlı fransız futbol tarixinin ən bahalı müdafiəçisi olacaq.

Salibanın hazırkı müqaviləsi 2027-ci ilə qədərdir. "Transfermarkt" portalı oyunçuların dəyərini 80 milyon avro qiymətləndirir.

Bu mövsüm Saliba bütün yarışlarda 33 oyuna çıxıb və 2 qol vurub.

Seçilən
41
operativmedia.az

1Mənbələr