Fransa hərbi yardım çərçivəsində ilk “Mirage 2000” döyüş təyyarəsini Ukraynaya təhvil verib.
“Poliqon” xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu özünün “X” hesabında paylaşım edib.
Paylaşımda “Mirage 2000” döyüş təyyarələrinin Fransada təlim keçmiş ukraynalı pilotlar tərəfindən idarə olunacağı və onların Ukrayna səmasının müdafiəsində iştirak edəcəyi bildirilib.