AZ

DİM könüllüsü olmaq üçün növbəti mərhələ nə zaman olacaq? - RƏSMİ

Dövlət İmtahan Mərkəzi könüllüsü olmaq istəyən bir çox namizəd ötən ay imtahan keçirilməli olduğunu, lakin hələ də onlara məlumat verilmədiyini bildirirlər.

 

AzEdu.az Təhsil Portalı olaraq sözügedən məsələ ilə bağlı DİM-ə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirildi ki, könüllülərlə bağlı onlayn imtahan nəzərdə tutulduğu kimi, yanvarda ayında keçirilib:

 

“Yaxın günlərdə iştirakçılara növbəti addımlarla bağlı məlumat göndəriləcək. Lazımi məlumatlar onlara elektron poçt vasitəsilə təqdim olunur”.

Seçilən
29
azedu.az

1Mənbələr