Braziliyanın keçmiş prezidenti Jair Bolsonaro yenidən seçiləcəyi təqdirdə ölkəni BRİKS və Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxarmaq niyyətində olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, Bolsonaro xaricdəki əsas müttəfiqlərinin ABŞ prezidenti Donald Tramp və Argentina prezidenti Xavyer Miley olduğunu deyib.
Sabiq prezident həmçinin bildirib ki, Braziliya, Paraqvay və Argentina arasındakı üçtərəfli sərhəddə terrorizmlə mübarizə aparmaq üçün ABŞ-la hərbi saziş imzalayacaq. Həmçinin, ABŞ hərbi bazasının bölgədə yerləşməsinə icazə verəcək.