AZ

"Azerspace-1" peyki 1,4 milyon manata sığortalandı

“Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs "Azerspace-1" telekommunikasiya peykinin orbitdə sığortalanması xidmətinin satınalınması ilə bağlı tenderi yekunlaşdırıb.

Marja.az xəbər verir ki, qalib şirkət "Qala Sığorta" ASC--dir. Şirkətinin təklifinin qiyməti 1 milyon 377 min manatdır. Ehtimal olunan qiymət 2 milyon 40 min manat idi. 

Müqavilə müddəti bir ildir (01.02.25 – 01.02.26). Sığorta olunacaq əmlakın dəyəri 53 milyon ABŞ dollarıdır.

Seçilən
18
marja.az

1Mənbələr