Azərbaycan Kubokunda 1/4 final final mərhələsinin ilk oyunlarında ümumilikdə 4 qol qeydə alınıb.
Msport.az xəbər verir ki, “Neftçi” səfərdə “Kəpəz”in qapısından 2, “Araz-Naxçıvan” evdə “Zirə”nin “Qarabağ” isə səfərdə “Səbail”in qapısından 1 cavabsız top keçirib.
“Sabah” – “Sumqayıt” (0:0) matçı isə qolsuz bərabərliklə yekunlaşıb.
Bu, son 20 mövsümün antirekordudur. Axırıncı dəfə 2004/05 mövsümündə 1/4 finalın ilk matçlarında ümumilikdə 4 qol vurulmuşdu. Həmin vaxt “Neftçi” – “İnter” və “Gənclərbirliyi” – “MKT-Araz” matçlarında qol səsi çıxmayıb. MOİK “Xəzər Lənkəran”a 0:1, “Karat” “Bakı”ya 1:2 hesabı ilə uduzub.
Maraq üçün qeyd edək ki, 1997-98 mövsümünün 1/4 final mərhələsində ilk oyunlardan 3-ü baş tutub və ümumilikdə 2 qol vurulub. Hər iki qol OİK – “Neftçi” görüşünə təsadüf edib (1:1). “Kəpəz” – “Bakılı”, “Dinamo” – “Qarabağ” oyunları 0:0 hesabı ilə yekunlaşıbsa, Bərdə “Pambıqçı”sı fəaliyyətini dayandırdığı üçün “Kür-Nur”la matç texniki nəticəyə səbəb olub.