Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəti İsveçrənin Bazel şəhərində keçirilmiş "Yüksək təhlükəsiz pul çapı" mövzusunda beynəlxalq konfransda iştirak edib.
Bu barədə AMB məlumat yayıb.
Məlumatda deyilir ki, nümayəndə heyətinə qurumun baş direktoru Rəşad Məmmədov rəhbərlik edib.
"Yüksək təhlükəsiz pul çapı" konfrasının əsas təşəbbüskarı Böyük Britaniyanın "Reconnaissance International" şirkətidir, hər il dünyanın müxtəlif şəhərlərində keçirilir. 2017-ci ildə tədbirə Bakı da ev sahibliyi edib. Konfrans AMB-nin təşkilati dəstəyi və dünyanın aparıcı pul çapı, təhlükəsiz kağız və mühafizə elementləri istehsalı şirkətlərinin və mərkəzi bankların iştirakı ilə baş tutub.