AZ

Ukraynanın ABŞ-dəki səfiri Trampın xüsusi nümayəndəsi ilə görüşüb

Ukraynanın Amerikadakı səfiri Oksana Markarova ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla görüşüb.

Missiya.Az xəbər verir ki, diplomat bu barədə özünün “Facebook” sosial media hesabında məlumat yayıb.

Markarova qeyd edib ki, fevralın 3-də Kelloqun bu vəzifəyə rəsmi təyinatından sonra onlar arasında ilk rəsmi görüşdür.

Diplomatın sözlərinə görə, ABŞ prezidentinin xüsusi nümayəndəsinin rəsmi təyinatından öncə də onlar arasında bu cür görüşlər olub.

Daşqın HəsənovMissiya.Az

Seçilən
44
missiya.az

1Mənbələr