AZ

Azərbaycan çempionatında məşqçilər arasında dava düşdü - video

AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. 

Matçın 69-cu dəqiqəsində “Vətən”in inzibatçısı “Neftçi”nin baş məşqçisi Asif Ələsgərovu başla vurub. Nəticədə məşqçinin burnu sınıb. 

AFFA-nın mətbuat xidmətindən bildirilib ki, hazırda araşdırma aparılır və İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək.

Qeyd edək ki, görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Seçilən
15
buta.media

1Mənbələr