AZ

USAID-in dünya mediasında Azərbaycana qarşı aparılan kampaniyada xüsusi rolu olduğu ortaya çıxır – ŞƏRH

Bakı. Trend:

Co Baydenin dövründə ABŞ administrasiyasının Azərbaycana qarşıqərəzli mövqeyi və ermənipərəst siyasətçilərin bu işlərdə əsasrollara cəlb edilməsi məlum idi. Viktoriya Nuland və digərdepartament rəsmiləri USAID adı altında dünya erməniçiliyinə dəstəkverir və anti-Azərbaycan kampaniyasını davam etdirirdilər. USAID-innəzdində NDI (National Democratic Institute), IRI (InternationalRepublican Institute), IFES (International Foundation for ElectoralSystems) kimi qurumlar ABŞ Dövlət Departamenti, USAID-dənmilyonlarla vəsait alıb müxtəlif ölkələrdə xaos və qarşıdurmayaradılmasına xidmət edirdilər.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı TuralGəncəliyev deyib.

Millət vəkili bildirib ki, ABŞ-də dünya erməniçiliyi ilə butəşkilatlar arasında müvafiq körpünün yaradılması funksiyasınıerməni lobbiçiləri, erməni maraqlarına xidmət edən adamlar həyatakeçirirdilər:

“Məsələn, senator Bob Menendez və onun erməniəsilli həyatyoldaşı, hansı ki bu gün korrupsiya skandalı ilə həbs edilib. Bulobbiçilər erməni məsələsini ABŞ-nin nəzarətində olan KİV-dəişıqlandırırdılar. Keçmiş separatçılar, Ruben Vardanyan vədigərlərinin BBC-də “Hard Talk” verilişinə dəvət edilməsi, digərABŞ KİV-də onların mövqeyinin sərgilənməsi bu təşkilatların birgəanti-Azərbaycan kampaniyalarının tərkib hissəsi idi. Bundan əvvəlkiadministrasiyada ABŞ xarici siyasətini həyata keçirən Co Bayden,Entoni Blinken, Bob Menendez, Adam Şiff kimi erməni lobbisindənvəsait alıb destruktiv fəaliyyətlə məşğul olan senatorlar - hərbiri sistemli hərəkət edirdilər”.

Tural Gəncəliyev xatırladıb ki, artıq USAID və ona bağlı olanqurumların fəaliyyətinə xitam verilib.

“Nikol Paşinyanın son Vaşinqton səfərində fiaskoya uğradığınıgörürük. Paşinyan ABŞ-yə səfər etdi, ona dəstək verənlərlə görüşməkistəyirdi. Erməni lobbisi əlindən gələni etdi ki, onu DonaldTrampla görüşdürsün, lakin bu baş tutmadı. Paşinyan və ermənidiasporu, ABŞ-dəki erməni lobbisi və erməni kilsəsi arasında davamedən ixtilaflar onu göstərir ki, erməni məsələsində vəziyyət nəqədər mürəkkəbdir. Onların yeganə yolu Azərbaycanla yaxınlaşmaq,üzrxahlıq etmək və sülh müqaviləsi imzalamaqdan keçir”, - deyədeputat qeyd edib.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva isəTrend-əaçıqlamasında deyib ki, ABŞ Prezidenti Donald Tramp USAID-iböyükmiqyaslı korrupsiyalaşmış təşkilat adlandırıb. Təşkilatın ötənillər ərzində fəaliyyətinə diqqət yetirdikdə bunu açıq-aydın görməkmümkündür:

“USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərməkadı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlifproqramlarla kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə,demokratiyanın inkişafı və humanitar məqsədlər üçün yardımlarayırdığı iddia olunur. Əslində, USAID yardım adı altında ayrı-ayrıölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə etmək,qeyri-sabitlik, çevriliş və xaos üçün münbit şərait yaratmağaçalışıb. Bu qurumun vaxtilə respublikamızda müxtəlif adlar altındafəaliyyət göstərən təşkilatları maliyyələşdirməklə onlarınvasitəsilə Azərbaycanda qeyri-qanuni aksiyaların permanentliyinitəmin etməyə çalışdığına dair təkzibolunmaz faktlar var. Bununlayanaşı USAID bu fəaliyyətini pərdələmək üçün regionlarda müxtəliflayihələr həyata keçirirdi”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan ərazi bütövlüyü vəsuverenliyini bərpa etdikdən sonra Ermənistana havadarlıq edənbeynəlxalq dairələr ölkəmizə qarşı qərəzli mövqe ortaya qoyur,əsassız iddialar irəli sürürlər:

“Onların sırasında ABŞ Beynəlxalq İnkişaf Agentliyi də var.İndiyə qədər ABŞ Dövlət Departamenti Azərbaycana qarşı qərəzlimövqe nümayiş etdirirdi və bütün bu işləri Viktoriya Nulandtərəfindən qurulmuş şəbəkə idarə edirdi. İndi isə bəlli olur ki,USAID-in dünya mediasında Azərbaycana qarşı gedən kampaniyadaxüsusi rolu var imiş. Məsələn, “Politico” və BBC USAID tərəfindənciddi maliyyə dəstəyi alırmış. Bu da aydın olur ki, niyə BöyükBritaniyanın yayım şikəti olan BBC Ruben Vardanyanı dəstəkləyirdivə hətta onu “Hard Talk” verilişinə dəvət etmişdi”.

Sevinc Fətəliyeva vurğulayıb ki, bu təşkilat son illərAzərbaycana münasibətdə kəskin ritorika nümayiş etdirir,Ermənistana isə “sevgi”sini daha da artırıb.

“Son bir neçə ildə USAID-in rəhbər şəxslərinin bu ölkəyə davamlısəfər etməsi və maliyyə dəstəyini dəfələrlə artırması da bunu sübutedir. Ötən il qurumun Ermənistana maliyyə yardımının həcmini ikidəfədən çox - 120 milyon dollardan 250 milyon dollaradək artıracağıelan olunmuşdu. USAID-in rəhbəri Samanta Pauer isə RubenVardanyandan 1 milyon ABŞ dollar məbləğində “mükafat” (əslində isərüşvət) alıb. Bundan əlavə, ABŞ-nin keçmiş prezidenti Co Bayden,Entoni Blinken, Bob Menendez, Adam Şiff və digərləri də bu mafiyailə əlaqəlidir. İndi isə bu əlaqələr ifşa olunur. Bütün bunlarUSAID-in qeyri-şəffaf və korrupsiyalaşmış fəaliyyətlə məşğulolduğunu təsdiqləyir”, - deyə deputat vurğulayıb.

Seçilən
32
2
az.trend.az

3Mənbələr