AZ

İran generalı görüşdə Ermənistanla bağlı nəyi təsdiqlədi?.. - FOTO

Yazını böyüt
Yazını kiçilt

Ermənistanın İrandakı səfiri Qriqor Akopyan İran İslam Respublikasının Baş Qərargah rəisinin beynəlxalq məsələlər üzrə müavini briqada generalı Məhəmməd Əhədi ilə görüşüb.

Hafta.az xəbər verir ki, “Armtimes” nəşrinin səfirliyə istinadla verdiyi məlumata görə, görüş zamanı Ermənistan Respublikası və İran İslam Respublikasının ikitərəfli çoxsahəli gündəliyi, eləcə də regional hadisələrlə bağlı məsələlər müzakirə olunub.

Briqada generalı Məhəmməd Əhəd Qriqor Akopyanı səfir vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və qonşularla münasibətlərin dərinləşdirilməsi siyasəti çərçivəsində Ermənistanla əlaqələrin inkişafının İran üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İranın yüksək rütbəli hərbi rəsmisi Tehranın Ermənistanın ərazi bütövlüyü ilə bağlı aydın və dəyişməz mövqeyini bir daha təsdiqləyib.

Səfir Akopyan həmsöhbətinə Ermənistan hökumətinin regional sülh və sabitliyə yönəlmiş səylərini təqdim edib və bu kontekstdə qonşu və dost İranla münasibətlərin dərinləşməsinin xüsusi yer tutduğunu qeyd edib.

Seçilən
21
hafta.az

1Mənbələr