AZ

Rusiyada terror törətmək istəyən 4 Ukrayna cəsusu yaxalandı

Image

"Ukrayna xüsusi xidmət orqanlarının Rusiyanın yüksək rütbəli hərbçilərinə qarşı terror aktları və yanacaq-energetika kompleksi obyektlərində təxribat törətmək üçün cəlb edilmiş dörd qadın casusu saxlanılıb." Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb. “Sevastopol, Voronej və Rostov-na-Don şəhərlərində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə və yanacaq-energetika obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş 4 qadın casusun fəaliyyətinin qarşısı alınıb”, - məlumatda deyilib.

Qeyd olunur ki, saxlanılan şəxslər Ukraynada atıcı silahlar, mina və partlayıcı maddələrlə işləmə, PUA-ya nəzarət edilməsi üsulları üzrə təlimlər keçiblər.

Mətləb Salahov






Seçilən
42
4
baki-xeber.com

5Mənbələr