AZ

Xalq artisti beyin infarktı keçirdi

Rusiyanın Xalq artisti, aktyor Oleq Strijenov beyin infarktı keçirib.

Söz.az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb. 

95 yaşlı xalq artisti təcili xəstəxanaya yerləşdirilib. 

Aktoyur işemik insult keçirib, buna beyin infarktı da deyirlər. Bu vəziyyət beyin qan dövranı kəskin pozulur. 

Həkimlər Strijenovun vəziyyətini stabilləşdirə bilib, bundan sonra o, bir aya yaxın həkim nəzarətində olub.

Oleq Strijenovun oğlu, aktyor, kinorejissor və ssenarist Aleksandr Strijenov bildirib ki, sənətçinin səhhəti qaydasındadır. 

Seçilən
41
2
soz.az

3Mənbələr