AZ

İnsan Haqları Şurası, yoxsa ikiüzlü cəza aləti?

İsrail çoxdan bəri bəyan etdiyi qərarını gerçəkləşdirdi:Təl-Əviv rəsmi şəkildə Birləşmiş Millətlər Təşkilatının İnsanHaqları Şurasından (İHŞ) çıxdığını elan etdi.

Əslində, bu addım Təl-Əviv ilə İHŞ arasında uzun illərdən bəridavam edən qarşıdurmanın məntiqi davamı oldu. Çünki İsrail İHŞ-niantiisrail yönümlü siyasət aparmaqda və qərəzli yanaşmadagünahlandırırdı. İsrail bu addımı atmaqla ABŞ-nin nümunəsini izlədi– Vaşinqton da bir gün əvvəl Şuradan çıxdığını elan edərək onu"anti-Amerika" və "antisemit" mövqedə olmaqda ittiham etmişdi.

İsrailin xarici işlər naziri Gideon Saar məsələyə sərt mövqebildirib: "İHŞ ənənəvi olaraq insan haqlarını pozanları müdafiəedir, onlara məsuliyyətdən yayınmaq imkanı yaradır və bununəvəzində Yaxın Şərqdəki yeganə demokratiyanı obsesiv şəkildədemonizasiya edir".

Onun sözlərinə görə, Şura çoxdan siyasi təzyiq alətinə çevrilibvə qərarlar ədalət prinsiplərinə əsaslanmaq əvəzinə müəyyəndövlətlərin siyasi maraqlarına uyğun verilir.

İHŞ 2006-cı ildə İnsan Haqları Komissiyasının yerinəyaradılmışdı, çünki əvvəlki qurum səmərəsiz fəaliyyəti ilə tənqidolunurdu. Şura 47 dövlətdən ibarətdir və bu üzvlər BMT BaşAssambleyası tərəfindən seçilir. Formal olaraq Şura dünya üzrəinsan haqlarının müdafiəsi ilə məşğul olmalıdır, amma reallıqda o,tez-tez siyasi mübarizələrin arenasına çevrilir.

İsrail illərdir İHŞ-ni qərəzli yanaşmada ittiham edirdi.Statistikalar da bunu təsdiqləyir: Şura yarandığı gündən İsrailəqarşı 100-dən çox qınayıcı qətnamə qəbul edib ki, bu da ümumi qəbulolunmuş qərarların 20%-dən çoxunu təşkil edir. Müqayisə üçün, İran,Şimali Koreya, Kuba və Venesuelaya qarşı belə qətnamələrin sayıbirlikdə bu qədər deyil.

Bəs bu "məhkəmə"nin hakimləri kimlərdir, əcəba? Şura üzvləriarasında özləri insan haqlarının kobud pozulmasında ittiham olunanölkələr var, lakin onlar rahat şəkildə İsrail əleyhinə qətnamələrqəbul edirlər.

İsrailin tənqidində tək olmadığı da məlumdur. ABŞ 2018-ci ildəDonald Trampın rəhbərliyi altında eyni səbəbdən İHŞ-dən çıxmışdı.Ağ Ev o zaman Şuranı "riyakar bataqlıq" adlandıraraq bildirmişdiki, orada insan haqları yox, siyasi maraqlar əsas götürülür.

ABŞ-nin Şuradan çıxmaq qərarı Donald Tramp tərəfindən fevralın4-də, İsrailin baş naziri Benyamin Netanyahuyla görüşü günüimzalanıb. Bu, təsadüfi deyil, açıq bir mesaj idi: VaşinqtonTəl-Əvivə dəstək verir və onun mövqeyini bölüşür.

Fəqət ABŞ təkcə İHŞ-dən çıxmaqla kifayətlənmədi. Bundan əlavə,Vaşinqton BMT-nin Fələstin qaçqınlarına yardım agentliyinə (BAPOR)maliyyə ayırmağı da dayandırdı. ABŞ və İsrail uzun illərdir buqurumu HƏMAS-la əlaqədə olmaqda ittiham edirdilər.

"Məlumata görə, BAPOR-un içərisinə terror təşkilatlarınınüzvləri sızıb və agentliyin əməkdaşları 7 oktyabr 2023-cü ildəİsrailə qarşı HƏMAS hücumunda iştirak ediblər" – Trampın fərmanındabelə qeyd olunurdu.

Bundan əlavə, ABŞ UNESCO-ya ödənişləri də dondurdu və bu qurumdagələcək iştirakının məqsədəuyğunluğunu sual altına aldı.

İsrail və ABŞ-nin İHŞ-dən çıxması dünya ictimaiyyətində rezonansdoğurdu. Təl-Əvivdə bu addım çoxdan atılmalı olan qərar kimiqarşılandı. Xarici işlər naziri Gideon Saar vurğuladı ki, İsrailartıq diskriminasiyaya dözmək niyyətində deyil və siyasi qərəzləməşğul olan qurumlarla əməkdaşlıq mənasızdır.

Təbii ki, "gərəkli reaksiya"lar da oldu. BMT-dən bildirdilər ki,sən demə, İsrail əslində Şuranın üzvü deyildi və orada yalnızmüşahidəçi statusuna malik idi. Maraqlıdır ki, İsrail və ABŞ-ninorada rəsmi üzvlüyü yox idi, amma BMT dərhal onların "çıxmasınınnəticələrindən" danışmağa başladı.

"Human Rights Watch" kimi başabəla hüquq müdafiə təşkilatlarıABŞ və İsraili beynəlxalq insan haqları sistemini dağıtmaqdaittiham etdilər. Amma sözügedən arqument ciddi tənqidə tabgətirmir, gülüncdür: , əgər bu Şura obyektivlik nümayiş etdirməkəvəzinə, bütün qınayıcı qətnamələrinin 20%-ni yalnız bir ölkəyəyönəldirsə, insan haqlarının müdafiəsindən danışmaqmümkündürmü?

Formal olaraq İsrail və ABŞ hələ də BMT İnsan Haqları Şurasındamüşahidəçi statusunu saxlayırlar, lakin onların bu qurumla açıqşəkildə yollarını ayırması təkcə Şura üçün deyil, bütövlükdə BMTsistemi üçün ciddi çağırışdır.

Əsas sual indi budur: İsrail və ABŞ-nin nümunəsini digər ölkələrdə izləyəcəkmi? Yoxsa İHŞ-nin riyakar siyasətindən narazı olanlarsadəcə susaraq müşahidə etməyə davam edəcəklər? Hələ ki, bəziləribu addımı pisləməyə çalışır, digərləri isə ehtiyatla gözləyir.Ancaq bir şey dəqiqdir: İsrail və ABŞ əvvəlcədən yazılmış ssenariüzrə qurulmuş oyunda daha iştirak etmək niyyətində deyillər.

Onlar artıq ədalət anlayışını çoxdan unudan beynəlxalqbürokratiyanın qarşısında haqq qazandırmaq istəmirlər.

İsrail uzun illərdir ki, İnsan Haqları Şurasını qərəzli vəədalətsiz olmaqda ittiham edir. Baş nazir Benyamin Netanyahu hələ2021-ci ildə İHŞ-ni "anti-İsrail ritorikası ilə məşğul olan qurum"adlandırmışdı. "The Washington Post" isə hesablamışdı ki, Şuranınilk 12 ili ərzində İsrailə qarşı 70-dən çox qətnamə qəbuledilib.

Əslində, İHŞ çoxdan insan hüquqlarını qorumaqdan daha çox siyasimübarizələr üçün bir arenaya çevrilib. İnsan haqları sahəsində özreputasiyası şübhə altında olan bir sıra dövlətlər asanlıqlaözlərinə müttəfiq tapır və öz cinayətlərini ört-basdır edirlər.Eyni zamanda, Şura isə İsrailə qarşı qeyri-proporsional şəkildəsərt mövqe tutur.

İsrail bu gün ABŞ-nin yolunu davam etdirdi və artıq bu siyasioyunda iştirak etməyəcəyini bəyan etdi. Saar və Trampın mesajıaydındır: "İkili standartlara dözmək kifayətdir." BMT İnsan HaqlarıŞurası beynəlxalq təşkilat olaraq legitimliyini itirib və onunqərarları getdikcə obyektiv təhlildən daha çox siyasi qisasçılığabənzəyir.

2006-cı ildə yaradılmış İnsan Haqları Şurası formal olaraq"dünyada insan hüquqlarına ümumi hörmətin təşviq edilməsi vəqorunmasına" cavabdehdir. Lakin illər ərzində bu qurum daha çoxsiyasi təzyiq vasitəsinə çevrilib və effektiv hüquq müdafiəmexanizmi olmaq xüsusiyyətini itirib.

Bəs yaxşı, BMT-nin İnsan Haqları Şurasının fəaliyyəti nədənibarətdir?

Rəsmi məlumata görə, İHŞ aşağıdakı funksiyaları yerinəyetirir:

1. BMT, hökumətlər və qeyri-hökumət təşkilatları arasında insanhaqları məsələləri üzrə beynəlxalq dialoq platforması kimi çıxışedir;

2. Beynəlxalq ictimaiyyətin mövqeyini ifadə edən qətnamələr vəqərarlar qəbul edir;

3. Fövqəladə vəziyyətlərə reaksiya vermək üçün fövqəladəiclaslar keçirir;

4. BMT-yə üzv olan ölkələrdə insan haqlarının vəziyyətiniaraşdırır;

5. İnsan haqları pozuntularını araşdırmaq üçün xüsusiprosedurlar və komissiyalar təyin edir.

Son illərdə İHŞ müxtəlif ölkələrdə hərbi cinayətlər və insanhüquqları pozuntularını araşdırmaq üçün komissiyalar yaradıb.Bunlardan bəziləri:

1. Belarus (2024) – insan haqları üzrə müstəqil ekspertlərqrupu;

2. Sudan (2023) – beynəlxalq faktaraşdırıcı missiya;

3. İran (2022) – etirazlar zamanı insan hüquqları pozuntularınınaraşdırılması;

4. Nikaraqua (2022) – repressiyaların araşdırılmasıkomissiyası;

5. Ukrayna (2022) – hərbi cinayətlərin araşdırılmasıkomissiyası;

6. İsrail və Fələstin (2021) – Qəzzadakı hadisələrlə bağlıkomissiya;

7. Venesuela (2019) – Maduro rejiminin cinayətlərininaraşdırılması;

8. Myanma (2018) – Rohinca etnik təmizləmələri üzrəaraşdırma;

9. Konqo Demokratik Respublikası (2018) – insan haqlarıpozuntularına dair ekspert missiyası;

10. Cənubi Sudan (2016) – hərbi cinayətləri araşdırankomissiya;

11. Suriya (2011) – Əsəd rejiminin cinayətlərini araşdırankomissiya.

İlk baxışda, Şuranın fəaliyyəti qlobal böhranları diqqətmərkəzində saxlamağa yönəldilmiş kimi görünə bilər. Lakinaraşdırmaların seçmə aparılması və qərəzli yanaşma məsələsi açıqqalır.

İsrail və ABŞ-nin BMT İnsan Haqları Şurasından çıxması sadəcəsəs-küylü bir bəyanat deyil – bu, beynəlxalq sistemdə dərindəyişikliklərin simptomudur. BMT-nin ənənəvi mexanizmləri getdikcəeffektivliyini itirir və bu tendensiya getdikcə daha çox ölkətərəfindən qəbul olunur.

Buna baxmayaraq, Təl-Əviv və Vaşinqton insan haqları ilə bağlıməsələlərin müzakirələrində iştirak etməyə davam edə bilərlər.Lakin onların bu addımı beynəlxalq təşkilatlara artan inamsızlığıaçıq şəkildə göstərdi. Onlar Şuranı ikili standartlarda, siyasimotivlərdə və antiisrail yönümlü fəaliyyət aparmaqda ittihamedirlər.

İHŞ ABŞ və İsrail kimi iki açar oyunçunun yoxluğunda yaşamağadavam edəcəkmi? Yoxsa bu qurumun süqutunun başlanğıcıdır?

Avropa İttifaqı ölkələri hələ də BMT İnsan Haqları Şurasını(İHŞ) beynəlxalq hüququn vacib aləti kimi dəstəkləməyə davamedirlər. Fəqət ABŞ və İsrail kimi geosiyasi güc mərkəzlərininiştirakı olmadan Şuranın təsir imkanlarının zəifləməsiqaçılmazdır.

İsrail artıq dəfələrlə İHŞ-nin qərarlarını görməməzliyə vurmuşvə bu qurumdan asılı olmadan milli maraqlarını uğurla qorumuşdu.İndi isə ABŞ bütün müttəfiqlərinə aydın bir siqnal göndərir: "Əgərbeynəlxalq arenada sizi küncə sıxışdırırlarsa, oyundan çıxmaqdanqorxmayın."

Vaşinqton və Təl-Əvivin gələcəkdə əsas diqqətini ikitərəfliəməkdaşlıq formatlarına, həmçinin siyasi manipulyasiyadan vəbürokratik korrupsiyadan uzaq olan alternativ beynəlxalqinstitutlara yönəldəcəyi ehtimal olunur.

Ölkəmizə gəldikdə isə Azərbaycan 2006-cı ildə İHŞ-nin ilktərkibinə seçilmişdi. Lakin demək olar ki, dərhal Qərb tərəfindənmaliyyələşdirilən hüquq müdafiə təşkilatlarının açıq siyasihücumlarına məruz qaldı. Məsələn, dəfələrlə xarici qüvvələrə xidmətetməkdə və qərəzli mövqe sərgiləməkdə ittiham olunan Human RightsWatch dərhal Bakıya qarşı əsassız tənqid kampaniyasına başladı.

Eyni zamanda, İHŞ onilliklər boyunca Azərbaycanın əraziləriniişğal altında saxlayan Ermənistana real təzyiq göstərmək gücündəolmadı. Halbuki BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsiErmənistanın Azərbaycan torpaqlarını dərhal tərk etməsini tələbedirdi.

İHŞ niyə Ermənistanı azərbaycanlılara qarşı həyata keçirdiyietnik təmizləmələrə görə qınamadı? Niyə mülki şəxslərin qətləyetirilməsini, şəhərlərin yerlə-yeksan edilməsini vətorpaqlarımızın işğal edilməsini görməzdən gəldi?

Çünki "qurbanlar düzgün seçilməmişdi", "cinayətkarlar isə lazımitərəfdə idi".

İHŞ nə ilə məşğul idi? Niyə öz mexanizmlərindən istifadə edərəkErmənistanı beynəlxalq hüququn tələblərinə əməl etməyə məcburetmədi?

Cavab aydındır: ikili standartlar.

Azərbaycan öz ərazi bütövlüyünü qanuni şəkildə bərpa etdikdənsonra isə Avropa institutları və hüquq müdafiə təşkilatları qəfil"insan haqlarını" xatırladılar. Onlar dərhal Bakı haqqında tənqidibəyanatlar verməyə başladılar, amma ermənilərin törətdiyi etniktəmizləmələri, Xocalı soyqırımını və erməni silahlı birləşmələrininazərbaycanlı mülki əhaliyə qarşı cinayətlərini tamamilə görməzdəngəldilər.

Bu gün aydın görünür ki, insan haqları ilə bağlı ritorika Qərbinəlində çoxdan geosiyasi silaha çevrilib.

İHŞ insan haqlarını həqiqətən qorumaq əvəzinə, Qərbin xoşunagəlməyən ölkələrə qarşı istifadə etdiyi bir təzyiq alətinəçevrilib. Onlar öz müttəfiqlərinin cinayətlərini ört-basdır edir,lakin "uyğun olmayan" dövlətləri hədəfə alırlar.

Məhz bu səbəbdən, ABŞ və İsrailin İHŞ-dən çıxması beynəlxalqinsan haqları institutlarının fəaliyyətini yenidən nəzərdənkeçirməyə təkan verə bilər. Ola bilsin ki, bu addım, insanhüquqları mövzusunun siyasi şantaj vasitəsi kimi istifadəsininqarşısını almağa kömək edəcək.

ABŞ-nin İHŞ-dən çıxması qlobal sistemdə dəyişikliklərinyaxınlaşdığına dair bir siqnaldır. Ola bilsin ki, Vaşinqton artıqköhnəlmiş və siyasi motivasiyalı strukturların yerini daha yeni vəədalətli beynəlxalq institutlarla əvəz etməyə hazırlaşır.

Azərbaycan ABŞ-dən ədalətli münasibət gözləməyə haqqı çatır. Bukontekstdə 907-ci düzəlişin tamamilə ləğvi məntiqli addım olardı.Çünki bu düzəliş çoxdan mənasını itirib və sadəcə ABŞ-ın keçmişsiyasi yanaşmasının qalıqlarından biri kimi qalır.

ABŞ və İsrailin BMT İnsan Haqları Şurasından çıxışı sadəcə biretiraz deyil. Bu, bütün dünyaya göndərilmiş aydın mesajdır:beynəlxalq institutlar artıq siyasi təzyiq vasitəsi kimi işləyəbilməzlər.

İndi isə bir çox dövlət qarşısında sual dayanır: "Biz, bizəqarşı işləyən bir sistemdə qalmağa davam edəcəyikmi, yoxsa İsrailvə ABŞ-nin nümunəsini izləyəcəyik?"

Qarşıdakı aylar bu demarşın yeni, manipulyasiyalardan azadbeynəlxalq sistemin formalaşmasına gətirib çıxarıb-çıxarmayacağınıgöstərəcək. Yoxsa İHŞ fəaliyyətini davam etdirəcək, amma artıqzəifləmiş və nüfuzdan düşmüş bir qurum kimi qalacaq.

BMT İnsan Haqları Şurasının tarixi göstərir ki, onun qərarlarıçox vaxt obyektiv vəziyyəti deyil, müəyyən dövlətlərin siyasimaraqlarını əks etdirir.

İsrail və ABŞ-nin bu oyundan çıxması, İHŞ-nin tənqidlərə açıqolması və ya özünü müdafiə etməsi mümkündür. Lakin ortada birhəqiqət var:

Bu qurum beynəlxalq siyasətin alətinə çevrildiyi müddətcə, onunobyektivliyindən danışmaq mümkün deyil.

Seçilən
13
2
az.trend.az

3Mənbələr