AZ

Rusiyada terror aktı hazırlayan qadınlar həbs edildi

Rusiyada Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə və yanacaq-energetika obyektlərinə qarşı terror aktları hazırlayan Ukrayna xüsusi xidmət orqanlarının dörd qadın agenti saxlanılıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

"Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Sevastopol, Voronej və Rostov-na-Donu şəhərlərində Rusiya Müdafiə Nazirliyinin yüksək rütbəli zabitlərinə və yanacaq-energetika obyektlərinə qarşı təxribat və terror aktları törətmək üçün Ukrayna xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş 4 qadın agentin fəaliyyətini dayandırıb", - məlumatda deyilir.

Qeyd olunub ki, onlar buna görə Ukraynada xüsusi təlim keçiblər.

FTX-nin məlumatına görə, onların yaşayış yerlərində aparılan axtarışlar zamanı təhlükəsizlik qüvvələri xeyli miqdarda partlayıcı maddələr, partlayıcı maddələrin sintezi üçün kimyəvi prekursorlar, elektrik detonatorları, PUA-ların hazırlanması üçün təlimatlar, eləcə də Ukrayna kuratorları ilə əlaqə vasitələri ələ keçirib.

Saxlanılanları 30 ilə qədər həbs gözləyir. 

Ağarza Elçinoğlu 

Seçilən
112
50
unikal.az

10Mənbələr