AZ

Göygöldə qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb

Göygöl şəhərinin Azay Kazımov küçəsində fəaliyyət göstərən fərdi sahibkar Əliyev Nizami Rza oğluna məxsus maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

"Report" xəbər verir ki, bu barədə Fövəqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 3 ədəd maye qaz tutumunun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlanılmasının aparılmadığı, həmçinin sözügedən tutumların sahibkarın müraciəti əsasında Agentlikdə qeydiyyatdan çıxarıldığına baxmayaraq istismar olunduğu, eləcə də bu tutumlardan birinin dövri müayinəsinin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib.

Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.

Seçilən
14
18
report.az

10Mənbələr