AZ

Serxio Ramos bu kluba transfer olundu

Meksikanın \"Monterrey\" klubu ispaniyalı müdafiəçi Serxio Ramosun transferini rəsmən açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, 38 yaşlı futbolçu yeni komandası ilə birillik müqavilə imzalayıb. O, \"Monterrey\"də 93 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ramos karyerası ərzində \"Sevilya\", \"Real Madrid\" və PSJ-də çıxış edib. O, İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu, 2008 və 2012-ci illərdə isə Avropa çempionu olub.
 
Zəfər Hacılı
Seçilən
11
azxeber.com

1Mənbələr