AZ

Dünyanın ən qədim portreti - 26000 yaşı var

1920-ci illərdə arxeoloqlar tərəfindən kəşf edilən "Dolní Vestonice" portreti məlum olan ən qədim insan portreti hesab olunur.

Kulis.az-ın məlumatına görə, 26000 yaşı olan bu kiçik heykəl Çexiyanın Cənubi Moraviya bölgəsindəki Dolní Vestoniçe arxeoloji ərazısındə tapılıb.

Təxminən 4,8 sm hündürlüyündə və 2,4 sm enində olan portret mamont fil sümüyündən oyulub.

Əvvəlki dövrlərə aid digər heykəllərin, xüsusən də "Vestoniçe Venerası" kimi fiqurların fərqli üz cizgiləri yox idi. Bu kiçik heykəl isə unikal üz cizgilərinə malikdir.

1949-cu ildə ərazidə aparılan qazıntılar zamanı qırmızı oxra ilə örtülmüş və tülkü dişləri ilə bəzədilmiş qəbir aşkar edilib. Bu məzardan orta yaşlı qadın skeleti aşkar edilib. 2018-ci ildə edilən üz rekonstruksiyaları qadının üzünün sözügedən portretlə oxşar olduğunu üzə çıxarıb.

Seçilən
24
kulis.az

1Mənbələr