AZ

​Azərbaycanda biznes adamları pullarını hansı bankda saxlayırlar?

Azərbaycanda fəaliyyət göstərən bankların hüquqi şəxslərinin depozitlərinin həcmi 23 milyard 397 milyon manat təşkil edib.

Bu, 2023-cü illə müqayisədə 6,5% və ya 1 milyard 430 milyon manat çoxdur.

2023-cü ildə hüquqi şəxslərin  depozitlərin həcmi 21 milyard 967 min manat təşkil edib.

2024-cü ildə “Azərbaycan Beynəlxalq Bank” (ABB) ın hüquqi şəxslərin depozitlərinin həcmi 7 milyard 260 milyon 144 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 0,2% və ya 18 milyon 152 min manat çoxdur. Ölkədə hüquqi şəxslərin depozitlərinin 31%-i ABB-də cəmləşib.

2023-cü ildə bankda hüquqi şəxslərin depozitlərin həcmi 7 milyard 241 milyon 992 min manat təşkil edib.   

“Kapital Bank”da 2024-cü ildə hüquqi şəxslərin depozitlərin həcmi 6 milyard 384 milyon 144 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə  44,6% və ya 1 milyard 968 milyon 729 min manat çoxdur. Ölkədə hüquqi şəxslərin depozitlərinin 27,2%-i “Kapital Bank”da cəmlənib.

2023-cü ildə bankda hüquqi şəxslərin depozitlərin dəyəri 4 milyard 415 milyon 415 min manat təşkil edib. 

“Paşa Bank”da hüquqi şəxslərin depozitlərin həcmi 4 milyard 521 milyon 648 min manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 14,7% və ya 779 milyon 596 min manat təşkil edib. Ölkədə hüquqi şəxslərin depozitlərinin 19,3%-i “Paşa Bank”ın payına düşüb.

2023-cü ildə “Paşa Bank”da hüquqi şəxslərin depozitlərin həcmi 5 milyard 301 milyon 244 min manat təşkil edib.

 

Seçilən
54
1
valyuta.az

2Mənbələr