AZ

Türkiyə MİT İraqın şimalında əməliyyat keçirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/KCK terror təşkilatı üzvü Murat Keleşi İraqın şimalındakı Hakurk bölgəsində zərərsizləşdirib.

Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, 2016-cı ildə Şırnakdakı hadisələr zamanı təhlükəsizlik qüvvələrinin zirehli maşınına raket atəşi açanlardan biri olan Murat Keleş MİT-in prioritet hədəfləri siyahısında olub.

Bildirilib ki, kəşfiyyat şəbəkəsi sayəsində MİT, böyük şəhərlərdə hərəkət etmək üçün partlayıcıların qərb əyalətlərinə daşınmasını təşkil edən Keleşin yerini təsbit edib.

Qeyd olunub ki, Keleş MİT-in hədəfinə çevrilməmək üçün uzun müddətdir gizlənib. Ancaq buna baxmayaraq, o,  MİT-in radarından yayına bilməyib və dəqiq əməliyyatla zərərsizləşdirilib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
123
8
missiya.az

10Mənbələr