AZ

Qadın professor universitetdə tələbəsi ilə evləndi - VİDEO

Hindistanın Qərbi Benqal ştatında baş verən hadisə qalmaqala səbəb olub.

Milli.Az xəbər verir ki, MAKAUT Universitetində çalışan qadın professorun auditoriyada tələbəsi ilə evlənməsi və bu görüntülərin sosial şəbəkələrdə yayılması geniş müzakirələrə yol açıb.

Universitetin psixologiya fakultəsi rəhbəri birinci kurs tələbəsi ilə sinif otağında toy mərasimi təşkil edib.

Gəlin libasında görünən professor sonradan bunun "psixoloji dram layihəsi" olduğunu iddia edərək, görüntülərin onu nüfuzdan salmaq istəyən həmkarı tərəfindən yayıldığını bildirib. Lakin universitet rəhbərliyi bu açıqlamanı qəbul etməyib. Məsələni araşdırmaq üçün yaradılan beş nəfərlik komissiya professorun iddialarını əsassız sayıb. Rektor vəzifəsini icra edən Tapaş Çakraborti hadisəni "uyğunsuz mərasim" adlandıraraq professorun olaraq işdən kənarlaşdırıldığını elan edib. Hadisədən dərin sarsıntı keçirdiyini deyən professor fevralın 1-də universitet rəhbərliyinə elektron məktub göndərib.

Milli.Az görüntüləri təqdim edir:

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
37
50
milli.az

10Mənbələr