AZ

Modi ​​​​​​​Parisdə keçiriləcək süni intellekt konfransının həmsədri olacaq

Hindistan Baş naziri Narendra Modi fevralın 10-11-də Parisdə keçiriləcək süni intellektin inkişafına dair konfransın həmsədri olacaq.

“Report” xəbər verir ki, bu barədə ANI agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bu sammitdə ABŞ vitse-prezidenti və Çin Dövlət Şurasının baş nazirinin müavini də iştirak edəcək.

Fransa səfəri zamanı Modi konfransda iştirakla yanaşı, aparıcı Fransa şirkətlərinin rəhbərləri ilə danışıqlar aparacaq.

Marseldə fevralın 12-də prezident Emmanuel Makronla görüşəcək. Məlumata görə, Hindistan bu şəhərdə yeni konsulluq açacaq.

Hindistan və Fransa arasında aerokosmik sənaye, mühərriklər və sualtı qayıqlar sahəsində əməkdaşlıq üzrə danışıqlar aparılır. Həmçinin, mülki nüvə energetikası sahəsində əməkdaşlıq müzakirə olunur.

Seçilən
26
report.az

1Mənbələr