AZ

10 ildə ilk dəfə: Rusiyadan Cənubi Koreyaya helikopter ixracı

Cənubi Koreya 2014-cü ildən bəri ilk dəfə Rusiyadan hər biri ən azı 2 ton ağırlığında olan 4 milyon 100 min dollar dəyərində helikopter alıb.

Editor.az bu barədə Cənubi Koreya Statistika İnstitutunun məlumatlarına istinadla xəbər verir.

Cənubi Koreyanın 2024-cü ildə Rusiyadan təyyarə hissələrinin ümumi idxalı 5 milyon 200 min dollar və ya 34,5 ton təşkil edib. Bu rəqəm əvvəlki illə müqayisədə 69,2 faiz azalaraq 2022-ci ildən bəri ən aşağı səviyyəyə çatıb. Belə tədarüklər 2022-ci ildən əvvəl həyata keçirilməyib. Bundan əlavə, Rusiyadan ümumilikdə 2 milyon 900 min dollar dəyərində müxtəlif təyyarə, helikopter və pilotsuz uçuş aparatları (PUA) hissələri və 2 milyon 40 min dollarlıq pervaneler alan Cənubi Koreya, həmçinin 261 min dollar dəyərində kiçik partiyalarda eniş aparatı və hissələri kimi avadanlıq idxal edib.

Ümumilikdə Cənubi Koreyanın 2024-cü ildə Rusiyadan təyyarə və hissələrinin ümumi idxalı 9 milyon 300 min dollar (39,8 ton) təşkil edib. Bu göstərici ilə Rusiya Cənubi Koreyanın bu sahədə təchizatçıları arasında 9-cu yerdə qərarlaşıb. İlk beş təchizatçı 2,4 milyard dollarla ABŞ, 1,1 milyard dollarla Fransa, 274,4 milyon dollarla Almaniya, 88,5 milyon dollarla Kanada və 83,7 milyon dollarla Çin olub.

//Gülnarə Abasova, Editor.az

Seçilən
3
editor.az

1Mənbələr