Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 6-da ümumi çəkisi 27,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumatı DİN mətbuat xidməti yayıb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 9,8 kiloqrama yaxın heroin, 15,5 kiloqrama yaxın marixuana, 2,1 kiloqramdan çox həşiş, həmçinin 22 ədəd metadon həbi olub.
Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.