AZ

USAID-in dünya üzrə 10 mindən çox işçisindən 300-dən də azı saxlanılacaq

Tramp administrasiyası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) miqyasını onlarla dəfə ixtisar etməyi, dünya üzrə 10 mindən çox işçidən 300-dən azını saxlamağı planlaşdırır.

Editor.az bildirir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb. Beləliklə, agentliyin həmsöhbətləri yalnız 294 agentlik əməkdaşının, onların da 12-nin Afrika bürosunda və səkkizinin Asiya bürosunda iş yerlərini qoruyacağını bildirdilər. Rəsmilərin qeyd etdiyi kimi, bir neçə missiyada yalnız bir işçi qalacaq.

Agentlikdəki hadisələrlə tanış olan mənbələr “Reuters”ə bildiriblər ki, bəzi işçilər işdən çıxarılma barədə bildirişlər almağa başlayıblar.

USAID-in saytında deyilir ki, qərar fevralın 7-də gecə yarısı qüvvəyə minir, “bütün USAID-in birbaşa işə götürülən işçiləri kritik funksiyalar, əsas rəhbərlik və xüsusi hazırlanmış proqramlar üçün məsul şəxslər istisna olmaqla, bütün dünyada inzibati məzuniyyətə buraxılacaqlar”.
Bu arada CNN xəbər verir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) əməkdaşlarını təmsil edən iki həmkarlar ittifaqı Trampın agentliyi ləğv etmək cəhdləri ilə bağlı məhkəməyə müraciət edib. İddia həm də administrasiyanın bütün dünyada kritik humanitar işləri dayandıran demək olar ki, bütün xarici yardımı dondurmasına yönəlib.

//Samir Qurbanov, Editor.az

Seçilən
58
1
editor.az

2Mənbələr