USAID Trump-ın yanvarın 20-də vəzifəyə başlamasından bəri bu proqramın hədəfi olub. İxtisarlar nəticəsində agentliyin dünya üzrə işçi heyətinin 97%-i işdən çıxarılacaq. Plana yaxın olan mənbələrin verdiyi məlumata görə, yalnız 294 nəfər işini davam etdirə biləcək, onlardan 12-si Afrika bürosunda, 8-i isə Asiya bürosunda işləyəcək.
USAID-in keçmiş rəhbəri J. Brian Atwood bu kütləvi ixtisarları "şok edici" adlandıraraq, agentliyin fəaliyyətinin dayandırılmasının on milyonlarla insanın həyatını xilas etməyə kömək edən bir qurumu məhv edəcəyini qeyd edib. ABŞ Konqresinin Araşdırmalar Xidmətinin (CRS) məlumatına görə, USAID dünya üzrə 10,000-dən çox işçiyə sahib olub, bunların iki üçü ABŞ xaricindədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31