AZ

“Elbit Systems” şirkəti Bundesverə PULS YARS-lar tədarük edəcək

İsrailin “Elbit Systems” şirkəti tərəfindən Almaniya Silahlı Qüvvələrinə (Bundesver) PULS yaylım atəşli reaktiv sistemlər (YARS) tədarük olunacaq.

“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 57 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Müqavilə çərçivəsində “Elbit Systems” YARS-ların Bundesverin tələblərinə uyğunlaşdırılaraq tədarükü üçün Almaniyanın “KNDS Deutschland” şirkəti ilə əməkdaşlıq edəcək.

Xatırladaq ki, cari ilin yanvar ayında Almaniya parlamenti Bundesverə “Elbit Systems” şirkətindən PULS YARS-ın beş ədədlik ilk partiyasını satın almaq üçün icazə verib.

Seçilən
4
poliqon.az

1Mənbələr