AZ

ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları sərtləşdirməyi planlaşdırır

Bakı. Trend:

ABŞ prezidenti Donald Trampın administrasiyası RusiyaFederasiyasına qarşı sanksiyaları qənaətbəxş hesab etmir və onlarıntəsir gücünü on ballıq şkala ilə “3” kimi qiymətləndirir.

Trend xəbər verirki, bunu ABŞ prezidentinin Ukrayna və Rusiya üzrə xüsusinümayəndəsi Kit Kelloq “The New York Post”a verdiyi müsahibədəbildirib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Rusiyanın enerji sektorunaqarşı məhdudlaşdırıcı tədbirləri gücləndirməyin mümkünlüyününəzərdən keçirir.

“Həqiqətən, sanksiyaları, xüsusilə də bu yaxınlarda (nefthasilatı və ixracatına qarşı yönəlmiş) tətbiq olunmuşməhdudiyyətləri gücləndirmək olar”, - deyə o müsahibədəbildirib.

Kelloqun bildirdiyinə görə, ABŞ-nin Rusiyaya göstərdiyi iqtisaditəzyiq bu vaxta qədər “lazımınca təsirli” olmayıb və VaşinqtondaRusiyanın enerji sektoruna qarşı sanksiyaları kəskinləşdirməyinbaşqa variantları var.

Məqalədə:
Seçilən
20
az.trend.az

1Mənbələr