AZ

Tramp Netanyahuya görə sanksiya tətbiq etdi: onun həbsinə order verənlər...

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahunun həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq edilməsi haqqında fərman imzalayıb.

Publika.az xəbər verir ki, Tramp BCM-in Amerika və onun İsrail kimi yaxın müttəfiqlərini əsassız və qeyri-qanuni hədəfə aldığını iddia edib:

"BCM ABŞ və onun bəzi müttəfiqləri, o cümlədən İsrailin şəxsi heyəti ilə bağlı qanuni əsas olmadan ilkin təhqiqatlara başlayıb. Həmçinin İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantı hədəf alan əsassız həbs orderləri verməklə səlahiyyətindən sui-istifadə edib. Beynəlxalq Cinayət Məhkəməs ABŞ və ya İsrail üzərində yurisdiksiyaya malik deyil, çünki heç bir ölkə Roma Statutunun tərəfi və ya BCM-in üzvü deyil".

Trampın fərmanı Beynəlxalq Cinayət Məhkəməsi rəsmilərinin Amerika vizaları almasına və ABŞ-la maliyyə əməliyyatları aparmasına mane olacaq.

Seçilən
18
publika.az

1Mənbələr