Hindistan Mərkəzi Bankı (RBI - Reserve Bank of India) təxminən beş ildə ilk dəfə faiz dərəcəsini 0,25 bənd aşağı salıb.
RBI analitiklərin gözləntilərinə uyğun olaraq bençmark repo faizini 6,50 faizdən 6,25 faizə endirib.
Bank sonuncu dəfə 2020-ci ilin may ayında faiz dərəcəsini azaltmışdı.
RBI-dən 3 və kənardan 3 üzvdən ibarət Pul Siyasəti Komitəsinin bütün üzvləri faiz dərəcəsinin azaldılmasına səs verib.
RBI-nın rəhbəri Sanjay Malhotra, çevik inflyasiya hədəfləmə çərçivəsinin iqtisadiyyata yaxşı xidmət etdiyini söyləyib.
"Orta inflyasiya çərçivənin başlanğıcından bəri aşağı düşür, biz onun təməl daşlarını daha da yaxşılaşdırmaq üçün çalışacağıq" - Malhotra deyib.
Malhotra inflyasiyanın proqnozlaşdırılması üçün daha güclü modellər hazırlayacaqlarını bildirib.