AZ

Mayın 13-dən 15-dək Aşqabadda Mərkəzi Asiya İqlim Dəyişikliyi Konfransı keçiriləcək

Yazını böyüt
Yazını kiçilt

Mayın 13-dən 15-dək Aşqabadda Mərkəzi Asiya İqlim Dəyişikliyi Konfransı (CACC-2025) keçiriləcək.

Hafta.az-ın yazdığına görə, foruma müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və Mərkəzi Asiya ölkələrindən olan ekspertlər qatılaraq regionda iqlimlə bağlı fəaliyyətin təşviqi məsələlərini müzakirə edəcəklər.

Konfransın mövzusu “Mərkəzi Asiyada regional və milli fəaliyyət vasitəsilə qlobal iqlimin maliyyələşdirilməsi məqsədinə nail olmaq” olacaq. Tərəflər əsas diqqəti maliyyə resurslarının səfərbər edilməsi, regional əməkdaşlığın gücləndirilməsi və iqlim dəyişikliyinə davamlılığın artırılmasına yönəldəcək.

Qeyd edək ki, Mərkəzi Asiya üzrə Regional Ekoloji Mərkəzin (CAREC) icraçı direktoru Zəfər Mahmudovun yanvarın 28-dən fevralın 1-dək Aşqabada işgüzar səfəri zamanı qarşıdan gələn tədbirin gündəliyinə dair konkret məsələlər və ona hazırlıqla bağlı müzakirələr aparılıb.

Seçilən
43
hafta.az

1Mənbələr