Yunanıstan Mülkiyyətin Qorunması Baş Katibliyinin qərarı ilə Santorini adasında fövqəladə vəziyyət elan edildiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Yunan Dövlət Televiziyası ERT-nin məlumatına görə, Mülkiyyətin Qorunması Baş Katibliyi Ege dənizində son günlər baş vermiş intensiv seysmik hərəkətlilikdən zərər çəkmiş Santorinidə 1 mart tarixinə qədər fövqəladə vəziyyət tətbiq ediləcəyinə qərar verib.
Digər tərəfdən, Atinadan adaya göndərilmiş ekspertlər binalarda araşdırmalara başlayıb.
Ekspertlər tez-tez baş verən yeraltı sarsıntılar səbəbindən sürüşmə təhlükəsinə diqqət çəkərək, bölgə sakinlərindən ehtiyatlı olmalarını istəyiblər.
Santorininin 10 gün ərzində 7 min 700-dən çox kiçik zəlzələ ilə sarsıldığı bildirilir.
Mümkün böyük zəlzələyə qarşı tədbir məqsədilə adaya əlavə əsgər, polis və yanğınsöndürmə briqadaları göndərilib.