"Qalatasaray" növbəti transferini reallaşdırıb.
Milli.Az türk mediasına istinadla xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-qırmızılar" "Genk"dən Karlos Kuestanı heyətinə cəlb edib.
Kolumbiyalı müdafiəçi ilə 3.5 illik müqavilə imzalanıb.
25 yaşlı futbolçu üçün Belçika klubuna 8 milyon avro ödəyəcək.
Fidan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
![](https://news.milli.az/media/2025/02/07/1262128(2).jpg)