AZ

Qəbirdən çıxan kiçik bir ayaq görənləri TƏƏCCÜBLƏNDİRDİ

ABŞ-nin Detroit şəhərində fərdi evin həyətində dəhşətli tapıntı ictimaiyyəti şoka salıb.

Medianews.az xəbər verir ki, şahidlər bir qəbirdən çıxan kiçik bir ayaq tapdılar.

Polis hadisə yerində 9 yaşlı uşağın qalıqlarını tapıb. Məlum olub ki, uşağı anası öldürüb, bundan sonra o, ABŞ-i tərk etmək istəyib.

Prokuror bildirib ki, qadın oğlunu boğmadan və kirayə qaldığı evin arxasında basdırmazdan əvvəl onun əl və ayaqlarını bağladığı iddia edilir.

Qalıqlar ev sahibi yanvar ayında yeni sakinlərin köçməsi üçün evi hazırlayarkən tapılıb. Qətlin özü də ötən ilin oktyabrında baş verib.

Ana qətldən sonra bir neçə gün evdə yaşayıb, daha sonra 3 yaşlı uşağı ilə birlikdə başqa dövlətə gedib.

İndi o, saxlanılıb.

Medianews.az

Seçilən
51
medianews.az

1Mənbələr