AZ

TRAMP NİYƏ QƏZZANI İSTƏYİR? - Əsl səbəbi məlum oldu

ABŞ Prezidenti Donald Tramp Şərqi Aralıq dənizindəki təbii sərvətlərə görə Qəzzanı istəyir. Həmçinin Türkiyənin bölgədəki hökmranlığı sıfırlanmağa çalışılır.

“AzPolitika” xəbər verir ki, bu barədə “Türkiye Gazetesi”nin özəl xəbərində deyilir.

Nəşrə Trampın Qəzzanı ələ keçirmək və oradakı fələstinliləri başqa ölkələrə yerləşdirmək planını dəyərləndirən beynəlxalq hüquq ekspertləri ABŞ-ni Şərqi Aralıq dənizindəki ambisiyalarına diqqət çəkib.

Yeditepe Universiteti Hüquq Fakültəsi Beynəlxalq Şəxsi Hüquq kafedrasının müdiri Nuray Ekşi Qəzza, İordan çayının qərb sahili və Qüdsün Fələstin ərazisinə daxil edilməsinin Ədalət Divanı, BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın qərarlarında yer aldığını bildirib. Beynəlxalq qurumların İsrailin yeni qəsəbələr açmasını, divarlar çəkməsini və Fələstin torpaqlarını öz ərazisinə birləşdirməsini qadağan edən çoxsaylı qərarlar qəbul etdiyini xatırladan Ekşi, “Bir dövlətin ərazisinin başqa bir dövlətin ərazisinə birləşdiriləcəyini söyləməyin, BMT Baş Assambleyası, Təhlükəsizlik Şurası və Ədalət Məhkəməsinin qərarlarına, eləcə də beynəlxalq hüquqa məhəl qoymamağın heç bir hüquqi əsası yoxdur”,- deyib.

Seçilən
26
azpolitika.info

1Mənbələr