AZ

Hərbi sahədə bu cinayətlər azalıb

“Azərbaycan Silahlı Qüvvələrində 2024-cü ilin eyni ayı ilə müqayisədə, 2025-ci ilin yanvar ayında qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 77,8% azalıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

Onun sözlərinə görə, Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə səmərəli fəaliyyətin, o cümlədən görülmüş qabaqlayıcı tədbirlərin nəticəsində də rüşvət alma və rüşvət vermə cinayətləri (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311-ci və 312-ci maddələri) 31,6% azalıb.

Seçilən
108
25
qafqazinfo.az

10Mənbələr